Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb

 

45

 

Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Naximov küçəsi-69 ünvanında qeydə alınıb.

1989-cu il təvəllüdlü Tural Feyrulla oğlu Verdiyev və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şahnaz Sadiq qızı Məhərrəmova dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.