Bakıda 100 minlik cinayət törədən qadın tutuldu

Qadin-1

Bakıda insanlara 100 minə yaxın pul “atan” qadın ələ keçib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən araşdırmalar nəticəsində Sevda Vəliyeva saxlanılıb. Saxlanılan Sevda Vəliyevanın 2009-2012-ci illər ərzində həmyerliləri Rəna Nuriyevanın, Səbinə Mahmudovanın, Fəridə Əhmədxanovanın, Ətrabə Lətifovanın, Sevil Kərimovanın və Sona Qarayevanın etimadlarını qazanıb müvafiq olaraq onlardan 15000, 5000, 22500, 15000, 20000 və 5000 manat alması müəyyən edilib.

Onun başqa insanları da aldadaraq pul alması istisna edilmir.

Faktla bağlı araşdırmalar davam etdirilir.