Bakıda həmcinslərinə qənim kəsilən xanımlar tutulub

Qadin

Bakıda həmcinslərinin qorxulu yuxularına çevrilən qadınlar tutulub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saxlanılan Bakı şəhər sakinləri Əfsanə Məmmədova və Samirə Kərimova paytaxtda kütləvi şəkildə qarətlər törədiblər.

Onlar Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər Aynur Əliyevanın 500 manatını və sənədini oğurlayıb. Bundan əlavə onlar Rahilə Kərimovaya, Leyla Vəliyevaya, Jalə Salahovaya və Şövkət İlyasovaya məxsus çantalardan pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Onların digər cinayətlər də törətdikləri istisna edilmir.

Faktla bağlı araşdırma aparılır.