Bakıda 18 yaşlı gənc qan tökdü

Bicaq

Bakıda Kürdəmir sakinini bıçaqlayan 18 yaşlı şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 6-da Ə.Əliyev küçəsində naməlum şəxs Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü Zakir Hüseynovun bud nahiyyəsinə bıçaqla xəsarət yetirib.

Nərimanov rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, post patrul xidməti bölməsi və 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini 1996-cı il təvəllüdlü Vüsal Əliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.