Nazirlikdən milyardlıq ödəniş

Pul

2014-cü ilin 1-ci yarımilliyində Vergilər Nazirliyinin xətti ilə büdcəyə 3 milyard 593 milyon 835 min manat vəsait daxil olub.

XALQ.AZ-ın Vergilər Nazirliyinə istinadla verdiyi məlumata görə, bu məbləğin 32,9 faizi mənfəət vergisinin, 28,3 faizi əlavə dəyər vergisinin, 12,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 51 milyon 396,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz çoxdur.

1-ci yarım il ərzində respublika üzrə 42 min 681vergi ödəyicisi qeydiyyata alınıb. 1 iyul 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 min 935-ə çatıb.

2014-cü ilin yanvar-iyun ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,9 faiz təşkil edib.