Bakıda 18 yaşlı qız axtarılır

Uşaq evində yaşayan 2005-ci təvəllüdlü Mehtiyeva Səadət Fərhad qızı itkin düşüb.

XALQ.AZ xəbər verir ki, iyunun 22-də S.Mehtiyeva yoldaşları ilə görüşmək adi ilə uşaq evini tərk edib və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.