Nizami Səfərov vəzifəyə seçildi

Milli Məclisin deputatı Nizami Səfərov yenidən Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

 

Bununla bağlı “N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” sənəd layihəsi Milli Məclisin bu gün iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası yenidən formalaşdırılır.