Bakıda 45 yaşlı kişi intihar etmək istədi (FOTO)

E-1

Bakıda daha bir şəxsin intihar cəhdinin qarşısı alınıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı xəbər verib. Onun sözlərinə görə, Hüseyn Cavid parkının yaxınlığındakı hündür mərtəbəli binaya qalxan 45 yaşlı bir kşi özünü atmaq istəyib.

Binada işləyən fəhlələrdən biri kişini xilas edib.

Həmin kişinin kimliyi və nə səbəbə intihar etmək istəməsi məlum deyil.

E-2