Bakıda 6000 manatlıq cinayət

ogurluq

 

Xalq.az ANSPRESS-ə istinadən xəbər verirki, Bakıda evdən 6 min manat oğurlayan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 13-də Ələddin Hüseynovun M.Aslanov küçəsindəki evindən 6000 manat oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini İlkin Hüseynov yaxalanıb.