Bakıda ağır avtomobil qəzası: Ölən var

Mersedes

Bu gecə Bakının Nizami rayonu ərazisində sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Xalq.az-ın xəbərinə görə, hadisə rayonun Babək prospektinə düşən hissəsində, köhnə avtomobil bazarının yaxınlığında qeydə alınıb.

Avtoqəza zamanı “Mercedes” və “VAZ 21011” markalı iki nəqliyyat vasitəsi toqquşub. Məlumata görə, onların hər ikisi Xalqlar Dostluğu dairəsindən şəhərin mərkəzi istiqamətində hərəkət edirmiş.

Həmin ərazidə yerləşən yol ötürücüsünün üzərində avtomobillər qəfildən toqquşub. Belə ki, “Mercedes” markalı minik maşını sürücünün idarəetməsindən çıxaraq qarşıda hərəkət edən “Jiquli”yə dəyib.

Daha sonra nəzarətdən çıxan avtomaşın yol kənarındakı daş bardürlərə də dəyib və aşıb.

Hadisə nəticəsində “Mercedes” markalı minik maşınının şəxsiyyəti hələ dəqiqləşdirilməyən sürücüsü dünyasını dəyişib.