“London taksisi”-i qəza törətdi

taksi-1

Gecə Bakının Xətai rayonunda daha çox “London Taksisi” kimi tanınan “TX4” markalı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Xalq.az-ın xəbərinə görə, hadisə Xətai rayonu, Babək prospektində qeydə alınıb.

Məlumata görə, şəhərin mərkəzindən Xalqlar Dostluğu dairəsi istiqamətində hərəkət edən avtomobil qəfildən sürücünün idarəetməsindən çıxaraq beton arakəsməyə çırpılıb.

Hadisə baş verən vaxt taksidə sərnişin olmayıb və sürücü özü də heç bir xəsarət almayıb.

Buna baxmayaraq avtomobilə ciddi ziyan dəyib.

Avtomaşının sürücüsü Abdullayev Zaur İsmayıl oğlunun verdiyi məlumata görə, avtoqəza gözlənilmədən baş verib. Daha doğrusu, hərəkətdə olarkən avtomobilin təkəri partlayıb.

Nəticədə sürücü idarəetməni itirib və maşını arakəsməyə çırpılıb.

Baş vermiş yol qəzası ilə əlaqədar Xətai Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən araşdırmalar aparılır.