Bakıda avtobus sürücüsündən jest (FOTO)

S-1

Sosial şəbəkədə yayımlanan fotolardan biri günün ən çox danışılan mövzularından biri olub.

XALQ.AZ-ın məlumatına görə, Bakıda marşrut nömrəsi bəlli olmayan avtobuslardan birinin sürücüsü Ramazan bayramı ilə əlaqədar sərnişinlərə pulsuz xidmət göstərdiyi elanını yazaraq avtobusa vurub.

Elanda, “Ramazan Bayramı ilə əlaqədar gediş haqqı pulsuzdur. Bayramınız mübarək!” – yazılıb.

Fotonun sosial şəbəkədə yayılması internet istifadəçiləri tərəfindən böyük marağa səbəb olub. Sürücü haqqında müsbət fikirlər yazılıb və qeyd edilib ki, adətən belə hallara qardaş ölkədə tez-tez rast gəlirik.

Həmin fotonu təqdim edirik:

S-2