“Porsche” qiymətinə televizor (FOTO)

TV

“Samsung” 120 min dollara televizor təqdim edib

XALQ.AZ-ın məlumatına görə, dünyada ən iri televizor istehsalçısı olan “Samsung Electronics” şirkəti ən bahalı Samsung UN105S9W televizoru üçün ərizələrin qəbuluna başlayıb. Bu barədə İTİ-nin saytında xəbər yer alıb.

105 düymlü çökük displeyli 4K Ultra HD-televizorunun qiyməti 120 min dollardır ki, elə “Porsche Carrera 4S Cabriolet” avtomobili də təxminən bu qiymətədir.

Televizor 5120 x 2160 piksel təsvir dəqiqliyinə malikdir ki, bu da Full HD formatı ilə müqayisədə 5,3 dəfə çoxdur. Yeni model 4 HDMI portu, Smart TV texnologiyası və 160 Vt. gücündə olan DTS Premium Sound 5.1 çoxkanallı akustik sistemlə təchiz olunub. Bundan əlavə, Wi-Fi, 4 USB portu, 3D dəstəyinə malikdir. Televizorun funksiyalarının idarə olunmasına dördnüvəli prosessor cavab verir.