Bakıda avtobus yandı

Avtobus

Bakıda sərnişin avtobusu yanıb.

FHN-dən verilən məlumata görə, hadisə ötən gün 18 radələrində qeydə alınıb.

Nizami rayonunda vətəndaşa məxsus “Daewoo” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.