Onlar çoxalmaq üçün insan qanını içirlər

Kama

Zorla qanımızı soranlar ağcaqanadlardır. Ona görə ki, biz könüllü olmasaq belə onlara qan verməli oluruq. Ağcaqanadlar tropiklərdən Arktikaya qədər (əksər rütubətli yerlərdə) hər yerdə olur.

XALQ.AZ-ın məlumatına görə, 2000-dən çox növü olan ağcaqanadın Azərbaycanda 6 cinsə mənsub 24 növü məlumdur.

Bədəni uzunsov (3-10 mm), başı kiçik, ayaqları nazik və uzundur. Ağız orqanı xortum şəklində, sancıb-soran tiplidir. Bığları 15 buğumludur. Qanadları ensiz və 10 damarlıdır. Yumurtalarını suya qoyur. Sürfələri suda üzən ibtidai heyvanlar, bakteriya və yosunla qidalanır, suda puplaşır. Erkəkləri yetkinləşəndən sonra, əsasən, çiçək şirəsi ilə qidalanır. Dişiləri heyvan və insanların qanını sorur.

Ağcaqanadların əksəriyyəti insana hücum etmir. İnsanların qanlarını əmərək yaşayan ağcaqanad növlərinin tək dişiləri qan sorur. Dişilər də insanların qanlarını öz yumurtalarını çıxara bilmək üçün zülal təmin etmək məqsədiylə sorurlar.

Müasir elm ağcaqanadın aşağıdakı xüsusiyyətlərini kəşf edib:

-Onun baş nahiyəsində 100 gözü, ağzında 48 dişi, daxilində 3 ürəyi, xortumunda hər biri xüsusi funksiya daşıyan 6 ədəd bıçağı və hər tərəfində 3 qanadı var.
-Qaranlıqda insan cildinin rəngini asanlıqla görə bilməsi üçün onu bənövşəyi rəngə çevirən xüsusi orqanla təmin olunub.
-Qanı təhlil etməsi üçün (özünə lazım olub-olmadığını müəyyənləşdirməsi üçün) xüsusi orqanla təmin olunub. Belə ki, o hər növ qanı sormağı bacarmır.
-Qanın xortum boyunca asanlıqla hərəkət etməsi üçün onu durulaşdıran xüsusi orqanla təmin olunmuşdur.
-O elə bir iy bilmə orqanı ilə təmin olunub ki, onun sayəsində 60 km-dən insan tərinin iyini hiss edir.
-O qan soracaq yeri insan hiss etmədən keyləşdirmək üçün xüsusi orqanla təmin olunub. İnsan isə qan sorularkən nəyinsə onu dişlədiyini hiss edir.