Bakıda avtomatla gəzən şəxs tutuldu

Avtomat

Bakıda keçmiş məhkumdam avtomat silah və narkotik vasitə götürülüb.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Nizami rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı Bakı şəhər sakini Vyaçeslav Şapovatovdan “AKSU” markalı silah, 2 ədəd patron darağı və 10,3 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, Vyaçeslav Şapovatov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.