Xaçmazda bədbəxt hadisə

Xacmaz-1

Xaçmazda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz rayon sakini Vahab Alşanov elektrik dirəyindən yıxılması nəticəsində ölüb. Hadisə ötən gün baş verib.

Belə ki, rayonunun Cığatay kənd sakini V.Alşanov yaşadığı evin qarşısında elektrik dirəyindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Alşanov orada ölüb.