Ağcabədi ƏSMM-də bu il 450 min manat mənimsənilir

Agcabedi

Sosial yardım alanların böyük hissəsi isə Agcabədi ƏSMM-də çalışan işçilərin yaxın qohumları və yaxın dost-tanışıdır

Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Əbülfət Qasımov sosial yardım alanlardan 3 aylıq yardımı əvvəlcədən alır. Bu «yardımı» mərkəzin müdirinə göstərməyənlər isə dövlət yardımından məhrum olunur.

PİA.AZ-а daxil olан məlumatda bildirilir ki, Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzin 2014-cü ildə ünvanlı sosial yardım alan vətəndaşların sayı 2263 nəfər göstərilib. Ünvanlı sosial yardım alanların bir hissəsi isə qanundan kənar olaraq siyahıya salınıb. Çünki ünvanlı sosial yardım alanların siyahısındakı bir çox şəxslərin iş yerləri və şəxsi biznesləri olmasına baxmayaraq mərkəzin rəhbəri bunlara göz yumur. Daha doğrusu Əbülfət Qasımov imkanlı şəxslərin dövlətdən sosial yardım alması üçün köməklik göstərir və onlara saxta sənədlər tərtib etməkdə yardımçı olur.

Daxil olan məlumata əsasən, Əbülfət Qasımov bir vaxtlar Ağcabədi ƏSMM işlədiyi dövrlərdə qurumu alverxanaya çeviribmiş. Həmin vaxt mərkəz müdiri yardım alanların demək olar ki, hamısının 6 ayını əlaltıları tərəfindən öncədən alıb. Amma mərkəz müdiri haqqında çoxsaylı şikayətlərdən sonra keçmiş nazir Füzuli Ələkbərov onun yerini dəyisdirərək ƏSMM Əlillərin Reabilitasiya Mərkəzinə direktor təyin edib. Səlim Müslümov nazir kürsüsünə əyləşdikdən sonra isə Əbülfət Qasımov gözlənilmədən yenidən Ağcabədi rayon sosial müdafiə mərkəzinin müdiri təyin edilib və bu da Ağcabədidə heç də xoş qarşılanmayıb.

Mənbə idda edir ki, Əbülfət Qasımovун gözlənilməz qayıdışının arxasında nazir Səlim Müslümovun yaxın adamlarından biri dayanır. Belə olmasaydı haqqında çoxsaylı şikayətlər edilən Əbülfət Qasımov qısa müddətdən sonra yenidən köhnə vəzifəsinə qayıda bilməzdi.

Daxil olan məlumatda qeyd olunur ki, Əbülfət Qasımovа yaxın olan işçilərin bir çox qohum əqrabaları, tanışları yaxınları ünvanlı sosial yardımdan bəhrələnirlər. Halbuki rayonun bir çox kəndlərində imkansız vətəndaşlar var ki, onlar illərdir sosial yardıma həsrətdirlər.

Bilidirilir ki, Əbülfət Qsımov mərkəzdə elə bir sistem yaradıb ki, bu köhnə sistemdən daha betərdir. Беля ки, Ağcabədi rayonunda ünvanlı sosial yardım alan 2268 nəfər şəxsdən 1500 yaxını Əbülfət Qasımovun işçilərinə 3 aylıqlarını məcburən verirlər. Bu isə ildə 450 min manat dövlət vəsaitinin Əbülfət Qsımov və ətrafı tərəfindən mənimsənilməsi deməkdir.

Məlumatda bildirilir ki, Ağcabədi rayonunda mərkəz müdirinin qoyduğu 3 aylıq “qanunla” razılaşmayanlar dövlətin ünvanlı sosial yardımından ya məhrum olurlar yada aylarla sürünürlər.

Dövlətdən vətəndaşlara verilən ünvanlı sosial yardımdan mənimsənilən 450 min manat vəsaitin təxminən 150 min manatı birbaşa Əbülfət Qasımova çatır. Yerdə qalan 300 min manat isə mərkəz müdirinin 3 aylıq “qanun”unu həyata keçirən işçilərə və Əmək və Əhalinin Sosial Müdafisi nazirliyindəki “havadara” çatdığı qeyd olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…