Bakıda avtoqəzada 4 nəfər öldü

 

84

 

Yasamal rayonunda “SACMAN” markalı yük avtomobili ilə “DAEWOO” markalı minik avtomobili toqquşub.

Xalq.az AZADİNFORM-a istinadən  xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyat şəraitini qiymətləndirərkən məlum olub ki, “DAEWOO” markalı minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişini həlak olub, qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.