Nazir yeni komissiya yaradır

54

 

“4 ya 5 komissiya yaradılması nəzərdə tutulub”.

Onlar hamısı dərhal gedib işdən azad olunmaları haqqında ərizə yazdılar və hamısı ərizələri əsasında işdən azad olundular. Onların vəzifələrinin icrası həmin tibbi sosial ekspert komissiyalarının digər üzvlərinə həvalə edilib. Yaxın vaxtlarda xüsusi komissiyalar yaradacağıq.

Xalq.az xəbər verir ki, bunu ötən həftə iclasdan qovduğu komissiya sədrlərinin aqibətindən danışan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb.

Nazirin sözlərinə görə, 4 ya 5 komissiya yaradılması nəzərdə tutulub. Bu komissiyalar bütün 2-ci və 3-cü qurup əlillərin hamısını zonalarda əyani müayinədən keçirməklə yoxlayacaq.

“Onun nəticələri əsasında yəqin ki, digər qərarlar qəbul ediləcək”.

Nazir bölgədə indiyə qədər müxtəlif sosial problemlər üzrə müraciəti qəbul edilməyən 17 000-ə yaxın insanın ərizələrinin yenidən araşdırılacağını deyib. Hətta işində nöqsanlara yol vermiş komissiya sədrləri barədə qərar da qəbul ediləcək. Fəaliyyətində cinayət tərkibi olan faktlar isə hüquq mühafizə orqanlarına göndəriləcək.

Nazir deyib ki, bu həm də işdən çıxardığı 15 komissiya sədrinə də aiddir.