Sumqayıtda 18 yaşlı oğlan öldürülüb

9

 

 

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda 18 yaşlı gənc qətlə yetirilib.

Xalq.az  APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.

Sumqayıt şəhər 47-ci məhəllədə 1996-cı il təvəllüdlü Ruslan Quliyev 1995-ci il təvəllüdlü Məmmədsaleh Şükürovu bıçaqlayıb.

Onların hansısa məsələdə aralarında münaqişə yarandığı bildirilir. Hadisəni törədən R.Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.