Millət vəkili kitab təqdimatı edəcək

98

 

Qənirə Paşayeva   kitabının imzalanma mərasimi keçirəcək

 
8 dekabr saat 18.00-da Park Bulvarda “Əli və Nino” kitab mağazaları şəbəkəsinin satış məntəqəsində millət vəkili Qənirə Paşayevanın iştirakı ilə onun müəllifi olduğu “Dünyanı dəyişən alimlər” kitabının imzalanma mərasimi olacaq. Millət vəkili Qənirə Paşayeva “Dünyanı dəyişən alimlər” kitabının təqdimatı zamanı bildirmişdir ki,“ “Dünyanı dəyişən alimlər” adlı kitabı nəşr etməyimizə əsas səbəb uşaqların, gənclərin elmə daha da meyillənməsinə dəstəkdir: “Mən bir müəllif olaraq, “Dünyanı dəyişdirən alimlər”i ilk növbədə yeniyetmə və gənclərimizin biliyə, savada, elmə, oxuya, gələcəyə səslənməsi aktı hesab edirəm. Ölkəmizin gələcəyi üçün də gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli olması əsas şərtdir. 100 alimin həyatından bəhs edən kitab 2 cilddən ibarətdir. Hazırda kitabın II cildi də hazırlanır və yaxın aylarda oxuculara təqdim olunacaq”.

Qənirə Paşayeva qeyd edib: “Bu kitabda həyat hekayələrini yazdığım alimlər öz yenilikləri, kəşfləri ilə dünyanı dəyişiblər. Kitabda uşaqların diqqətini daha da artırmaq üçün maraqlı illustrasiyalardan istifadə etmişik.” Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu kitab yeni nəsillərin elmə, təhsilə motivasiya olunmasında təsirsiz ötüşməyəcək və sözügedən kitab ümumən geniş oxucu kütləsi üçün maraqlı və gərəkli olacaq. Qeyd edək ki, missiyası, mandatı adından bəlli olan kitab, Azərbaycanda öz formatına, məzmun-mündəricəsinə görə azsaylı nəşrlərdən sayıla bilər.

“Dünyanı dəyişən alimlər” kitabı Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə nəşr olunub.