Bakıda bazarda satıcını ürəyindən vurdular

Bicaq

Ötən gecə saat 23:07 radələrində Bakının Nizami rayonunda bazarda qan düşüb.

Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən verilən məlumata görə, hadisə 8-ci km. bazarında, toptansatış məntəqəsində baş verib.

Məntəqədə işləyən 31 yaşlı Rəşid Rüstəmov ürəyindən bıçaqlanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdı.

Onun toptansatış məntəqəsində işlədiyi bildirilir. Onun pul üstündə bıçaqlandığı bildirilir. Hazırda onu bıçaqlayan şəxsin kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.