Polad Alemdara ağır itki üz verdi

Polad

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının baş rol oyunçusu Necati Şaşmazın 85 yaşlı nənəsi Fəridə Şaşmaz dünyasını dəyişib.

Necati Şaşmaz və qardaşı Raci Şaşmaz vətənləri Elazığa gedərək nənələrinin cənazə mərasiminə qatılıblar. Elazıqda yaşayan Fəridə Şaşmaz ağciyər çatışmazlığı üzündən dünən gecə keçinib.

Fəridə Şaşmaz üçün bu gün günorta namazından sonra İzzət paşa məscidində cənazə namazı qılınıb. Cənazə namazına Elazıq valisi Ömər Faruk Koçak, “Kurtlar Vadisi”nin baş rol oyunçusu Necati Şaşmaz, qardaşı Raci Şaşmaz, yaxınları və şəhər sakinləri qatılıb.

Cənazə namazından sonra Fəridə Şaşmazın cənazəsi Necati Şaşmaz və yaxınlarının çiyinlərində Harput Qəbiristanlığındakı ailə sahəsinə aparılıb və dəfn edilib.