Bakıda boksçuların silahlı davası

Tapanca

Binəqədi rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində dava edənlər peşəkar boksçşular olub.

Dava zamanı 33 yaşlı Fərid Həsənov, onun 37 yaşlı qardaşı Şəhriyar bıçaqlanıb. Bıçaq Fəridin arterial qan damarını kəsdiyindən həyatını xilas etmək mümkün olmayıb. Şəhriyar isə xəstəxanaya yerləşdirilib.

Qardaşları bıçaqlayan Samir Həsənov da peşəkar boksçudur. Dövlət Gömrük Komitəsinin mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı çıxararaq qardaşları vurub.

Şəhriyar isə pnevmatik tapança çıxararaq Samirə bir neçə dəfə atəş açıb. Tapançanın kürəcikləri Samirin bədəninin müxtəlif yerlərinə dəyib.

Onu da əlavə edək ki, hər üç şəxs bir idman zalında məşq edirlər.