Əhəd Abıyev oğlu ilə bağlı açıqlama verdi

Ahad

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 17 yaşlı oğlu Türkiyədə 9 mərtəbəli binadan yıxılması barədə məlumatlar yayılıb.

XALQ.AZ-ın məlumatına görə, kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə deyilir ki, guya hadisə Türkiyədəki otellərdən birində baş verib.

“İcra başçısı Ə.Abıyev oğlunu gözündən müalicə olunması üçün Türkiyəyə aparıb. İcra başçısının oğlu isə Türkiyədə qaldıqları otelin 9-cu mərtəbəsindən yıxılıb, ciddi xəsarət alıb”, – deyə məlumatda bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün Əhəd Abıyevlə əlaqə saxladıq. Əhəd Abıyev açıqlamasında məlumatların səhv olduğunu bildirdi.

“Çox gülməlidir. Heç bir hadisə olmadığı təqdirdə niyə belə yazırlar? Oğlum Bakıdadır. Zaqulbadadır. İnanmayanlar onunla görüşə bilərlər”, – deyə Əhəd Abıyev bildirib.