Bakıda dəhşətli yol qəzası: 3 ölü, 2 yaralı

Qeza-1

Bu gün saat 14:00-da Bakının Suraxanı rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Hövsan yolunda qeydə alınıb.

Belə ki, “VAZ” markalı avtomobillə “Mercedes” markalı maşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralıların da vəziyyəti ağırdı.

Faktla bağlı araşdırma aparılır.