Bakıda dələduz qadın tutuldu

1

Bu gecə Bakının Nizami rayonu ərazisində polis uğurlu əməliyyat keçirib.

Nizami rayon Pois İdarəsi 24-cü polis bölməsindən verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində uzun axtarışda olan və polisdən məharətlə gizlənə bilən Elnarə Həsənova saxlanılıb.

Elnarə həsənova əsasən dələduzluq etməkdə günahlandırılır. Onun bir çox ərazilərdə, əsasən də Nizami rayonu ərazisində insanları aldadaraq pul qazandığı barədə şikayətlər olub.

Qeyd edək ki, Elnarə Həsənova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olub.