Suşi yedi, bədəni qurdladı

Susi

Suşi bir çoxlarının ən sevimli qidalarından biridir. Amma bu dəfə Yaponiya mətbəxinin əsas yeməyi olan suşi bir insanın ölümünə səbəb olacaqdı.

XALQ.AZ-ın məlumatına görə, Quandun əyalətinin sakini qarnındakı ağrılara görə xəstəxanaya müraciət edib. Rentgen müayinəsi zamanı məlum olub ki, adamın orqanizmini solityor qurdları “işğal edib”.

Həkimlərin fikrincə, buna səbəb həmin kişinin suşini çox yeməsi olub. Belə ki, kişi gün ərzində bir necə dəfə çiy balıqdan olan bu yeməyi yeyib.

Onun orqanizmində o qədər çox qurd olub ki, rentgendə orqanizmində eşələnən qurdları görəndə adam özünü pəncərədən atmaq istəyib. Həkimlər onu güclə dayandırıblar.

Qeyd edək ki, solityor qurdlarının sürfələri orqanizmə ət lazımınca yuyulmayanda və bişirilməyəndə düşə bilər. Əgər qurdlar beyinə düşərsə, onun funksiyaları ləngiyir və fəsadlar ortaya çıxır. Xəstələnmə zamanı ürək bulanma, iştahın azalması müşahidə olunur.