Bakıda fahişəxana aşkarlandı

Fa

Bakının Pirşağı qəsəbəsində kafedə fahişəxana aşkarlanıb.

Xalq.az-ın daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əxlaqsızlıq yuvası Pirşağı qəsəbəsinin ərazisindəki “Dərə Çiçək” kafesində təşkil olunubmuş.

Məlum olub ki, qəsəbə sakini İsmixan Ələddin oğlunun özünə məxsus “Dərə Çiçək” kafesində fahişəxana təşkil edib. Kafe sahibi saxlanılıb.

Qeyd edək ki, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.