Maşınqayırma zavodu yanır

Zavod

Bakının Sabunçu rayonunda yerləşən Balaxanı Maşınqayırma Zavodunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Xalq.az-a verilən məlumata görə, yanğınla bağlı I dərəcəli çağırış olub.

Hadisə yerinə Sabunçu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı texnikası cəlb edilib.

Yanğınsöndürənlər alovun qarşısını almağa cəhd edirlər.

 


 

Hadisə yerinə 3 yanğınsöndürən maşını cəlb edilib.

Bakıda zavodda baş verən yanğın söndürülüb.

Xalq.az APA-ya istinadən xəbər verir ki, yanğın zavodun dam örtüyündə qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.