Bakıda gənc qadını amansızcasına öldürdülər

Bicaq-2

Bu gecə saat 02:00-da Bakının Pirallahı rayonunda dəhşətli cinayət baş verib. Pirallahı rayon Polis İdarəsindən verilən məlumata görə, bir qadın amansızcasına öldürülüb.

Belə ki, Pirallahı rayonunda 36 yaşlı Elnarə Vəli qızı Məmmədovanın meyidi tapılıb.

İlkin ehtimala görə, qadın bıçaqla və yaxud kəsici alətlə öldürülüb.

Faktla bağlı araşdırma aparılır.