Bakıda gecə dəhşəti

Baki

Bu gecə saat 00:28 radələrində Bakının Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə “Qismət” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Qəza zamanı 6 nəfər ağır yaralanıb, bir nəfər isə hadisə yerində keçinib.

Yaralılar 46 yaşlı Aybəniz Ələkbərova, 25 yaşlı Tural İbrahimov, 2 aylıq Xədicə Qasımova, 22 yaşlı Aidə İbrahimova, 3 yaşlı Namiq İbrahimov, 28 Kəmalə Qasımova ağır yaralı halda xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı yaşı təxminən 45 olan, kimliyi hələlik dəqiqləşdirilməyən qadın dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.