Bakıda güclü partlayış

4

 

Azadlıq metrostansiyasının yaxınlığında partlayış olub.

 

Daxil olan məlumata görə, partlayış o qədər güclü olub ki, 7 və 8-ci mikrorayonlarda yerləşən binalar da silkələnib.

Partlayış Şahənşah restoranının qarşısındakı yeni tikilidə olub.


Həmin ərazidə yaşayan sakinlərin məlumatına görə, ətrafda olan 9 mərtəbəli binaların hamısında partlayışın gücü hiss olunub.


“Qafqazinfo”ya daxil olan məlumata görə, həmin əraziyə yaxın olan 6-7-8-ci mikrorayonlarda yaşayan sakinlər elə biliblər ki, zəlzələ baş verib.


Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi “Axar.az”ın əməkdaşına bildirib ki, partlayan bu böyük obyekt Binəqədi rayonunun keçmiş icra başçısı Alı Qocayevə məxsus tikilidir. Obyektin hansı məqsədlə ucaldıldığı bəlli deyil. Bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə obyektin tikintisinin tamamlanması dayandırılıb. Əməkdaşımız qeyd edir ki, “Şahənşah” Şadlıq Sarayının güclü ziyan dəyib: havaya sıçrayan mişar daşlarının qırıntıları sarayın pəncərələrini qırıb. Yaxınlıqdakı binaların pəncərələrinin də qırıldığı bildirilir.

Fotolar axar.az-a məxsusdur


Partlayışa ilkin səbəb kimi 4 mərtəbəli yarımçıq tikilinin zirzəmisində qaz sızması göstərilir. Hadisə nəticəsində yaxınlıqdan keçən 3 nəfər xəsarət alıb. İki qadın və 1 kişi xəstəxanaya aparılıb. Hazırda hadisə yerində 3 təcili yardım briqadası qalıb.