Bakıda partlayış-VİDEO

Bu gün “Azadlıq” metrostansiyasının yaxınlığında partlayış baş verib.

Partlayışa ilkin səbəb kimi 4 mərtəbəli yarımçıq tikilinin zirzəmisində qaz sızması göstərilir. Hadisə nəticəsində yaxınlıqdan keçən 3 nəfər xəsarət alıb. İki qadın və 1 kişi xəstəxanaya aparılıb. Hazırda hadisə yerində 3 təcili yardım briqadası qalıb.