Bakıda hamilə qadın küçəyə atıldı

 

86

Oğlan tərəfi rəsmi nikah təklifindən imtina edib.

Həyat yoldaşı və qayınanası tərəfindən küçəyə atılan qadının evdən qovulmasına səbəb hamilə olması olub.

Xalq.az  AzNews.Az-a istinadən xəbər verir ki, kömək üçün “Təmiz dünya” İctimai Birliyinə müraciət edən qadın 3 aylıq hamilə olduğunu, ərinin, eləcə də ərinin ailəsinin bu xəbəri eşitdikdən sonra onu küçəyə atdığını bildirib.

“Araşdırma zamanı məlum olub ki, bu ilin yayında ailə quran M.Z -ya rəsmi nikah bağlanmayıb. Qızın özü və ailəsinin tələblərinə baxmayaraq, oğlan tərəfi rəsmi nikah təklifindən imtina edib. Bu günlərdə isə gəlinin 3 aylıq hamilə olduğunu bilib evə buraxmayıblar.

Qadın adi qaydada anasıgilə gedib və bundan sonra əri ona zəng edərək bir daha evə qayıtmamasını istəyib. Evə getdikdə isə onu artıq evə buraxmayblar”, – deyə təşkilatdan bildirilib.

Hazırda gənc qadına hüquqi yardımla bağlı iş aparılır.