Bakıda hündürmərtəbəli bina yanır (YENİLƏNİB)

Yangin-5

Hadisə şahidlərinin verdikləri məlumata görə, binada yanğının baş verməsinə ehtiyatsızlıq səbəb olub.

Belə ki, binanın girişində çalışan usta ehtiyatsız davranıb. Nəticədə lampanın naqili qırılıb və boya qabının içinə düşüb. Nəticədə alışma olub və yanğın baş verib.

Yanğın nəticəsində binanın yanğın baş verən blokunda sakinlər evukuasiya olunub. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.

***15.17

Bakının Yasamal rayonu ərazisində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumaat görə, hadisə Şərifzadə küçəsi 48 ünvanında qeydə alınıb.

Daxil olan məlumata əsasən həmin ərazidə hündürmərtəbəli binanın girişində güclü yanğın başlayıb. Hadisə yerinə 2 yanğınsöndürənlər cəlb olunub.

Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın baş verən binadakı sakinlər evukasiya olunub.

Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir.