Vitse-admiral 7-8 min manata görə həbs edilib

Shahin

Hazırda həbsdə olan Müdafiə nazirinin sabiq müavini, hərbi dəniz qüvvələrinin sabiq komandanı vitse-admiral Şahin Sultanovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilib.
Vəkil Adəm Məmmədov bildirib ki, vitse admiral 7 min manat və ondan daha çox məbləğdə pul mənimsəməkdə ittiham edilir. “Şahin Sultanova guya 7-8 min manat verildiyi iddia olunur”.

O bildirb ki, təqsirləndirilən şəxs Elxan Hacıyev sərbəst ifadə verən zaman Şahin Sultanova 8 min manat pul verdiyini söyləyib: “Ş.Sultanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur. Onun barəsində Elxan Hacıyev sərbəst ifadə verib. O, ifadəyə görə də Şahin Sultanovu həbs ediblər”.

Qeyd edək ki, bir neçə gün öncə Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həbsindən sonra daha bir neçə nəfər hərbçi də həbs edilib.

Şahin Sultanovun həyat yoldaşı İradə Sultanova yoldaşının həbsi ilə bağlı “AzərEnerji” ASC-nin prezidneti Etibar Piriverdiyevə zəng etməyindən danışıb. O, bunu Şahin Sultanovun Etibar Piriverdiyevlə tanış olmağı ilə izah edib: “Görürdüm ki, söküntülərdə bir yerdə iştirak edirlər. Bu vəziyyətdə adam tanıdıqlarına zəng edir ki, siz bir yerdə olmusuz. Mənim yoldaşımın bu işlə bağlılığı yoxdur. Öz yoldaşımla fəxr edirəm. Çox xoşbəxt qadınam”

Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də aparılan yoxlamalar zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb və qanunazidd əməllər törətməkdə təqsirli bilinən HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bərabər daha bir neçə nəfər həbs edilib. Bunlar qərargah rəisi Yunis Məmmədov, ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev, birinci dərəcəli kapitan Qasım Quliyev, mülki şəxs Elxan Hacıyev və digərləridir.