Masallıda əxlaqsızlıq yuvası aşkar edildi

Nil
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçiriblər.
Azərbaycanda daha bir əxlaqsızlıq yuvası aşkarlanıb.
XALQ.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Qəriblər kənd sakini Nəsirağa Hüseynovun kənd ərazisində yerləşən “Nil bağı” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.