Bakıda iki nəfər yıxılıb öldü

Oldu-1

Bakıda zavodda bədbəxt hadisə baş verib. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən Metal Konstruksiyalar Zavodunda baş verib.

Zavodda işləyənlər – qəsəbə sakini Qadir Ömərov və Quba rayon sakini Ağakərim Bağırov təmir-quraşdırma işləri görərkən 20 metr hündürlükdən yıxılıblar.

A.Bağırov hadisə yerində, xəstəxanaya yerləşdirilən A. Ömərov isə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.