Qatar kişini vurub öldürdü

Qatar-1

Gürcüstanlı maşinistin idarə etdiyi qatar Şəmkir sakinini vuraraq öldürüb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Şəmkir rayonu Dəllər qəsəbəsinin ərazisində baş verib.

Qəsəbə ərazisində hərəkətdə olan Gürcüstan vətəndaşı Ruben Bzikabzenin idarə etdiyi yük qatarı Ənvər Abbasov vurub. Qəza nəticəsində Ənvər Abbasov ağır xəsarətlər alıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.