Bakıda işdən çıxarılan neftçi özünü asdı

Asdi-1

Azərbaycanda işdən çıxarıldığı deyilən neftçi intihar edib. XALQ.AZ-ın məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə məlumat yayıb.

Hüquq müdafiəçisi bildirib ki, 40-45 yaşlarında olan Kövsərov Etibar Nadir oğlu “Bahar enerji” əməliyyat şirkətində elektrik işləyib. Lakin ixtisarlar adı ilə işdən çıxarılıb.

Mirvari Qəhrəmanlının yazdığına görə, işini itirən elektrikçinin maddi durumu ağır olub: “Hafka” belə istəmişdi. Etibar özünə iş tapa bilmirdi. O, bağında özünü asaraq intihar edib. İndidəmi vicdanınız susacaq?”.