Biznesmen oğlunun özbaşınalığı

KTB

R.Göyüşovun hərbi xidmət müddətinin iyulun 1-də bitdiyini və aylıq hesab ödəməklə hərbi xidmət dövrünü evində keçirdiyini iddia edirlər.

Körpü-Bina Tikinti MMC-nin ” rəhbəri Xəlil Göyüşovun oğlu Ramiz Göyüşovun oğlunun adı hərbi xidmətdə getsə də, hər gün Bakıda kef məclisi düzəldir və “avtoş”luq edir”

“İyinun 7-də gecə saatlarında işkili vəziyyətdə Bakıdakı “Eleven” diskotekasından çıxaraq “avtoş”luq edən Ramiz Göyüşovun 10 ZZ-040 dövlət nömrə nişanlı avtomobili Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. DYP əməkdaşları ilə kobud rəftar edərək onlarla dalaşan Ramiz Göyüşova protokol tərtib olunub və onun avtomobili DYP-nin Badamdardakl cərimə meydançasına aparılıb.

Məlumatı verən mənbələr R.Göyüşovun hərbi xidmət müddətinin iyulun 1-də bitdiyini və aylıq hesab ödəməklə hərbi xidmət dövrünü evində keçirdiyini iddia edirlər.

Onu da qeyd edək ki, bir müddət əvvəl isə DTV.az- hazırda Bakıda inşa edilən körpü və tunellərdə tikinti işlərini həyata keçirən t «Körpü-Bina-Tikinti» MMC-də ilginc vəziyyət yaşandığı barədə məlumat yaymışdı. Məlumatda vurğulanırdı ki, X. Göyüşovun rəhbəri olduğu bu şirkət həmçinin digər böyük layihələrə də qatılıb. Amma görülən işlərin keyfiyyəti ilə yanaşı, ortada böyük məbləğlərdə pulların yeyildiyinə dair də iddialar var.

Qeyd edək ki, sözügedən MMC 2001-ci ildə təsis edilib və nəzdində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir. Məlumatlarda vurğulanır ki, X. Göyüşovun rəhbəri olduğu MMC ölkənin ən varlıları sırasında sayıla bilər. Hər il milyonlarla manat vəsait xərclədiyi deyilsə də, görülən işlərə görə rəqəmlərin şişirdilməsi də istisna deyil.

Belə ki, Bakıda inşa edilən tunel və ya körpülərin xərc hissəsinə diqqət yetirdikdə bu MMC-nin rəqəmləri hansı səviyyədə şişirdiyi açıq şəkildə görülür. Məsələn, ümumi dəyəri 10 milyon manat olan hansısa körpü üçün 20 milyon manatlıq bir smetanın hazırlanması və həmin məbləğdə pulun büdcədən alınması yetərli qədər şübhə üçün əsaslar verir. İri tenderlərin əsas «qənimi» kimi ad çıxarmış X. Göyüşovun bu işləri necə həyata keçirdiyi də kifayət qədər maraqlıdır.

Xəbərdə qeyd edilir ki, «KTB» MMC-nin rəhbəri yuxarılarla bağlı olan biri kimi tanınmaqla yanaşı, həm də konkret nazirlərdən biri ilə şərikli şəkildə işləyən şəxs kimi ad çıxarıb. Elə bu səbəbdəndir ki, onun bütün nəqliyyat sektoruna aid layihələri asanlıqla ələ keçirməsi mümkünləşir. Varlı həyat tərzi sürmək, böyük məbləğdə pulları qazanmaqda ad çıxarmış Göyüşovun ən böyük problemi isə oğlu sayılır. Bakının küçələrində bahalı maşınlar sürən Ramiz Göyüşovun ən ucuz maşının qiyməti 150 min manat hesab edilir.

Bu iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.