Bakıda it oğurusu həbs edildi

It

Nizami polisi yeniyetmələrin itini oğurlayan şəxsi həbs edib.

XALQ.AZ-ın məlumatına görə, 23 yaşlı Yusif Tanrıverdiyev əvvəlcə itlə gedən yeniyetmələri güdüb. Sonra onlara yaxınlaşıb və iti götürərək aradan çıxıb.

Zərərcəkən şəxs polisə verdiyi ifadəsində oğurlanan itin qiymətinin 2000 AZN olduğunu bildirib. Artıq oğurlanan it sahibinə qaytarılıb. Saxlanılan şəxs isə törətdiyi cinayəti qəbul etmək istəmir.

Həmçinin Yusifin başqa cinayəti də müəyyən edilib. Belə ki, aralarında yaranan narazılığa görə Yusif Tanrıverdiyev tələbə yoldaşı Həsənova Nahidə Pirverdi qızını döydüyündən, barəsində digər icraatda da cinayət işi başlanıb. İstintaqın gedişi zamanı Yusif Tanrıverdiyevin digər analoji cinayətlərdə iştrakı olub-olmadığı da müəyyən ediləcək.