Bakıda Kardaşyan biabırçılığı (FOTO)

KIm-2

Bakıda məşhur erməni əsilli amerikalı televiziya ulduzu Kim Kardaşyanın adının yazıldığı qadın koftaları satılır.

XALQ.AZ-ın məlumatına görə, yerli “Facebook” səhifələrində üzərində erməni porno-ulduz Kim Kardaşyanın adının yazıldığı koftaların satıldığı yerdə çəkilmiş fotoları yayılıb.

Qeyd olunub ki, koftalar “Beşmərtəbə” ilə Dövlət Dram Teatrının arasındakı keçiddə satılır. Koftanın qiyməti 5 manatdır. Paltarların ölkəyə kimlər tərəfindən və necə gətirildiyi bilinmir.

Qeyd edək ki, hər zaman həyat tərzi ilə şou aləminin gündəmində qalmağı bacaran erməni əsilli porno ulduz Kim Kardaşyan qara dərili reper Keni Uest ilə evlidir.

Kim-1