Nazir qəzada öldü

Nazir

Hindistanın kənd təsərrüfatı naziri yol qəzasında dünyasını dəyişib.

XALQ.AZ-ın məlumatına görə, nazir Gopinat Munde qəzadan sonra xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

64 yaşlı siyasətçinin qələbə mitinqinə gedən zaman qəzaya düşdüyü bildirilir.

Gopinat Munde Hindistanın yeni seçilən hökümətinin önəmli fiquru hesab olunub.

O, baş nazir Narendara Modiyə yaxın şəxs olub.