Bakıda mənzildə qadın meyidi tapıldı

Qadin-1

Bakıda mənzildən meyit tapılıb.

Xalq.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin 112 qaynar xəttinə Bakının Yasamal rayonunda 1940-cı il təvəllüdlü qadının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı bildirilir.

Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Məlum olub ki, qadın giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermir.

Xilasedicilər qonşu mənzilin eyvanından evə daxil olublar. Mənzildə yaşayan Botova Lidiya İvanovna döşəmədə hərəkətsiz vəziyyətdə tapılıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri onun vəfat etdiyini bildiriblər.