Şəmkirdə ağır avtomobil qəzası: Ölən var

Kamaz

Bakı – Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. “Opel” markalı minik maşını yolun kənarında dayanan “KamAZ”a çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin yerindəcə keçinib. Sürücü isə xəsarət alıb.

Məlumata görə, hadisəyə səbəb “Opel”in sürücüsünün sükan arxasında yuxulaması olub.