Bakıda maşın polis əməkdaşını vurub öldürdü

Bakıda maşın polisi vuraraq öldürüb.

XALQ.AZ xəbər verir ki, bu gün səhər saatlarında H.Əliyev prospektində polis əməkdaşının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sürücü “Prado” markalı avtomobilin idarətməsini itirərək yol kənarında xidmətdə olan Çevik Polis Alayının əməkdaşını vurub. 

Bakı şəhər BPİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.