Bakıda NATO tədbirləri

NATO

Bu gün Bakıda NATO tədbirləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, mayın 19-dan 23-dək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-da Maddi-Texniki Təminat Dəstəyi” mövzusunda təlim kursu keçiriləcək.